Yazını böyüt
Yazını kiçilt
Ermənistanda koronavirusa yoluxanların sayı 58 624 nəfərə çatıb.
Hafta.az erməni mətbuatına istinadən xəbər verir ki, son sutka ərzində 1 058 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 7 nəfərin ölümü qeydə alınıb.
Bu günədək Ermənistanda 1 039 nəfər koronavirusdan ölüb, 10 561 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.